Avqustun 14-də Azərbaycan ordusunda raket və artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilir. Həmçinin, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir. Bu barədə Müdafiə Nazirliyi bildirib.
Avqustun 13-də isə Azərbaycan ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilib.
Təlimlər 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.