Azərbaycan – Portuqaliya oyununun biletlərinin qiyməti açıqlanıb

Dünya çempionatı 2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri avqustun 21-dən satışa çıxarılır. Bu barədə AFFA məlumat verib.

Pandemiya nəzərə alınaraq, oyuna stadionun azarkeş tutumunun 50%-i qədər tamaşaçı buraxılacaq.

Biletləri “iticket” mobil tətbiqi və veb saytı, həmçinin “Gənclik Mall” və “28 Mall”da yerləşən bilet satış məntəqələrindən əldə etmək olar. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manat təşkil edir.

Qarşılaşma sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan – Portuqaliya oyununun biletlərinin qiyməti açıqlanıb”

Tövsiyə xəbərlər