Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İran yük maşınlarının Qarabağa qanunsuz getməsinə münasibət bildirib

“İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə deyil. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir”, – bunu Prezident İlham Əliyev sentyabrın 27-də Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, avqustun əvvəlində İrana rəsmi nota verilməsinə baxmayaraq, avqustun 11-dən sentyabrın 11-dək Azərbaycanın Qarabağ bölgəsinə 60-a yaxın İrana məxsus yük maşını icazəsiz olaraq daxil olub.

Prezident qeyd edib ki, Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə və torpaqlarımızdan istifadə edənlərdən vergi almağa başlandıqdan sonra İranın Qarabağa gedən yük maşınlarının sayı sıfıra çatıb.

Ölkə başçısı İranın Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlərinə də münasibətini bildirib: “Bu, çox təəccüblü məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə?”.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan Prezidenti İran yük maşınlarının Qarabağa qanunsuz getməsinə münasibət bildirib”

Tövsiyə xəbərlər