Azərbaycan ərazisinin “Dağlıq Qarabağ Respublikası” kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb

Rusiya Federasiyasının dövlət satınalmaları üzrə rəsmi saytında sentyabrın 9-da Azərbaycan ərazisinin “Dağlıq Qarabağ Respublikası” kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb və ölkə adı dəyişdirilərək Azərbaycan Respublikası kimi qeyd olunub.

İndiki ərizədə, Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının xidmət etdiyi ərazi Rusiya Federasiyasından kənarda yerləşən ərazi kimi qeyd olunub.

Bundan əvvəl, sözügedən portalda Rusiya Müdafiə Nazirliyinin tender elanında sülhməramlıların xidməti zonası kimi Azərbaycan yox, “Dağlıq Qarabağ Respublikası” göstərilmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi bu haqda qonşu ölkəyə etirazını bildirmişdi.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan ərazisinin “Dağlıq Qarabağ Respublikası” kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb”

Tövsiyə xəbərlər