Azərbaycan sülhməramlıları 100-ə yaxın Fransa vətəndaşının Əfqanıstandan təxliyəsini təmin edir

Azərbaycan sülhməramlıları 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin edirlər. Bu barədə 18 avqust tarixində Trend məlumat verib.

Avqustun 17-də səhər saatlarında azərbaycanlı sülhməramlılar BMT və digər beynəlxalq təşkilatların 100-dən çox əməkdaşının Kabil hava limanından təxliyəsini təmin ediblər.

Azərbaycan ordusun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ildə başlayıb. Daha əvvəl Azərbaycan sülhməramlıları NATO-nun Qətiyyətli Dəstək missiyası çərçivəsində Əfqanıstanda fəaliyyət göstərib.

120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan sülhməramlıları 100-ə yaxın Fransa vətəndaşının Əfqanıstandan təxliyəsini təmin edir”

Tövsiyə xəbərlər