Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb

Əfqanıstanın Kabil hava limanında xidmət göstərən Azərbaycan sülhməramlıları avqustun 26-da gecə saatlarında ölkədən çıxarılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı heyəti və onlara məxsus hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb.

Azərbaycan ordusun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ildə başlayıb. Daha əvvəl Azərbaycan sülhməramlıları NATO-nun Qətiyyətli Dəstək missiyası çərçivəsində Əfqanıstanda fəaliyyət göstərib.

Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb”

Tövsiyə xəbərlər