Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 13,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çox sənaye məhsulu istehsal edib. Bu barədə 11 mart tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Hesabata əsasən, sözügedən dövr ərzində neft-qaz sektorunda məhsul istehsalı 1,4%, qeyri-neft-qaz sektorunda isə 20,8% artıb.
Məlumata əsasən, mebel istehsalı 75,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 44,5%, geyim istehsalı isə 12,3% artıb.