“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə şirkəti “ASK Şüşə” MMC Çexiyanın “Sklostroy” şirkəti ilə əməkdaşlıq edəcək. Bu barədə 29 dekabr tarixində Report məlumat verib.
Əməkdaşlığın məqsədi müəssisənin istehsal gücünün və məhsulların keyfiyyətini artırmaqdır. Bunun üçün yeni avadanlıqlar quraşdırılır və modernizasiya işləri aparılır. Hədəflərdən biri qida sənayesində çalışan milli kadr ehtiyatlarının hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılmasıdır.
“Ölkəmizdə bu məhsullara olan tələbatı təmin etmək xarici dövlətlərə valyuta axınının azalması istiqamətində respublikamızın iqtisadiyyatına müsbət töhfələrini verməkdədir”, – deyə Korporasiya bəyan edib.
“ASK Şüşə” ölkəmizdə qida sənayesində şüşə qablaşdırma üzrə fəaliyyət göstərir.