Azərbaycan əsgəri Ermənistan polisi tərəfindən saxlanılıb

Avqustun 26-da səhər saatlarında sosial şəbəkələrdə guya Azərbaycan əsgərinin Ermənistan polisi tərəfindən saxlanılması barədə video yayılıb.

Ermənistan mətbuatı iddia edir ki, əsgər Cəmil Babayev ermənilərin evinə girərək sakinləri hədələyib və yemək tələb edib.

Azərbaycan Müdafiə Nazirliyi məsələ barədə məlumat verib: “Hərbçi Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib”.

Qurum məlumatda həmçinin qeyd edib ki, əsgər Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Sputnik Ermənistan xəbər verir ki, hadisə avqustun 25-də baş verib. Cəmil Babayev haqqında cinayət işi başlanılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan əsgəri Ermənistan polisi tərəfindən saxlanılıb”

Tövsiyə xəbərlər