Azərbaycan-Türkiyə hərbi təyyarəçiləri döyüş uçuşları həyata keçiriblər

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlim planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri döyüş uçuşları həyata keçiriblər. Bu barədə sentyabrın 7-də Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar. Təlimlər sentyabrın 6-dan 17-dək davam edəcək.

Həmçinin sentyabrın 6-da  Azərbaycanla Türkiyə Laçın rayonunda birgə taktiki təlim keçiriblər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan-Türkiyə hərbi təyyarəçiləri döyüş uçuşları həyata keçiriblər”

Tövsiyə xəbərlər