Azərbaycan-Türkiyə hərbi təyyarəçilərinin birgə təlimi başa çatıb

Türkiyənin Konya şəhərində keçirilən Azərbaycan və Türkiyə təyyarəçilərinin “TurAz Şahini – 2021” birgə təlimlərinin bağlanış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi 16 sentyabr tarixində məlumat verib.

Təlimlərdə hərbi pilotlar uçuş, texniki və təminat üzrə təcrübə qazanıblar.

Pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması üçün növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi vurğulanıb.

Sentyabrın 6-da başlayan təlimlərə Azərbaycan hərbi təyyarəçiləri “Su-25” hücum və “MİQ-29” qırıcı təyyarələrlə qatılıblar.

Həmçinin sentyabrın 6-da  Azərbaycanla Türkiyə Laçın rayonunda birgə taktiki təlim keçiriblər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan-Türkiyə hərbi təyyarəçilərinin birgə təlimi başa çatıb”

Tövsiyə xəbərlər