Azərbaycan universitetləri necə mühafizə edilir?

Sentyabrın 29-dan ali məktəblərdə əyanı tədris bərpa olunacaq. “Sputnik Azərbaycan” ölkəmizdə təhsil müəssisələrinin təhlükəsizliyi məsələsini araşdırıb.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, özəl mühafizə şirkətlərinin biri ilə universitetin əməkdaşlıq müqaviləsi var. Onun sözlərinə görə, kənar şəxslər səbəbsiz yerə universitet ərazisinə daxil ola bilməzlər. Yalnız kənar şəxs gəlişinin məqsədini izah etdikdən sonra mühafizə xidməti aidiyyəti strukturlara məlumat verir.

Bakı Dövlət Universitetinin mətbuat katibinin sözlərinə görə, universitetin bütün giriş qapılarında, o cümlədən hər korpusda mühafizə xidmətinin əməkdaşları keşik çəkirlər, eyni zamanda turniket sistemi quraşdırılıb.

Azərbaycan Dillər Universiteti də mühafizə şirkətlərindən biri ilə müqavilə bağlayıb. Eyni zamanda bir polis əməkdaşı da bu prosesə cəlb edilib.

Azərbaycan Dövlət Neft Akademiyasından bildiriblər ki, universitetdə mühafizə xidməti fəaliyyət göstərir. Eyni zamanda müəssisəsinin mühafizəsi təhlükəsizlik kameraları ilə təmin edilib.

Kriminalist Kamil Səlimov qeyd edib ki, ərazi üzrə post-patrul xidmətləri təhsil müəssisələrinin təhlükəsizliyinə nəzarət edirlər. Ekspert deyir ki, mühafizəçilər mütləq şəkildə metal detektorlarla təmin edilməlidirlər. Onun sözlərinə görə, təhsil müəssisələrini mühafizə edən şəxslərə silah verilməsi yolverilməzdir.

Bununla belə, K.Səlimov təhsil müəssisələrini mühafizə edən şəxslərin peşəkarlıq səviyyəsinin yüksək olmasının vacibliyini vurğulayıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan universitetləri necə mühafizə edilir?”

Tövsiyə xəbərlər