Azərbaycan universitetlərində izdihamın qarşısı necə alınır?

Ölkənin universitetlərində COVID-19 pasportunun yoxlanılması binanın qarşısında müəyyən sıxlıq yaradıb. Məsələ ilə bağlı universitetlərin əməkdaşları açıqlama veriblər. Bu haqda Trend sentyabrın 30-da məlumat yayıb.

Azərbaycan Texniki Universitetində izdiham yaranmasın deyə universitetə daxil olma prosesi iki ayrı qapıdan həyata keçirilib. Bununla yanaşı, qapılarda 10 ədəd turniket quraşdırılıb və onlardan istifadə etmək üçün tələbələrə smart kartlar paylanılıb. Həmin o kartlara tələbələrin COVID-19 pasportu inteqrasiya olunub. Belə ki, turniketdən istifadə zamanı vaksinasiyadan keçən və keçməyən tələbələr avtomatik müəyyən olunur.

Azərbaycan Memarlıq və İnşaat Universitetində isə sıxlığın qarşısının alınması məqsədilə I kurslar üçün fakültələrin adları qeyd edilən lövhələr təşkil edilib. Tələbələr lövhənin qarşısında toplandıqdan sonra fakültələrinə yönləndirilib.

Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri bildirib ki, orada heç bir sıxlıq müşahidə edilmir: “Universitetin hər iki tədris binasında COVID pasportları ardıcıllıqla yoxlanılır. Tələbələr auditoriyalara vaxtında daxil olaraq dərslərinə başlayırlar”.

Dünən, sentyabrın 29-da Azərbaycanda V-XI siniflərdə və ali məktəblərdə dərslər başlayıb. İbtidai siniflər üçün tədrisə isə sentyabrın 22-də start verilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan universitetlərində izdihamın qarşısı necə alınır?”

Tövsiyə xəbərlər