Azərbaycan və Türkiyə hərbçiləri Bakıda birgə təlim keçirlər

Azərbaycan və Türkiyə hərbçiləri Bakıda 2 sentyabr tarixində birgə təlim-məşqlərə başlayıblar. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Azərbaycanın Türkiyə ilə bağladığı hərbi sahədə əməkdaşlıq sazişi çərçivəsində keçirilən məşqlər 12 sentyabr tarixinədək davam edəcək.

Məşqlərin məqsədi iki ölkə arasında hərbi fəaliyyətin təkmilləşdirilməsidir. Proqrama sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması da daxildir.

Daha əvvəl Azərbaycanın 14 hərbçisi Türkiyədə keçirilən Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimlərində iştirak edib.

Fevral ayının 1-dən 12-dək isə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin qonşu ölkənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri keçirilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan və Türkiyə hərbçiləri Bakıda birgə təlim keçirlər”

Tövsiyə xəbərlər