Azərbaycan və Türkiyə hərbçiləri Laçında birgə təlim keçirlər

Azərbaycan və Türkiyə hərbçilərinin Laçın rayonunda 6 sentyabr tarixində birgə döyüş atışlı taktiki təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Azərbaycanın Türkiyə ilə bağladığı hərbi sahədə əməkdaşlıq sazişi çərçivəsində keçirilən təlimin məqsədi iki ölkə arasında hərbi fəaliyyətin təkmilləşdirilməsidir. Proqramda müasir hərbi texnikaların çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına da diqqət yetirilib.

Daha əvvəl Azərbaycan və Türkiyə hərbçiləri Bakıda birgə təlim-məşqlərdə iştirak ediblər. Təlimlərə sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması da daxil olub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan və Türkiyə hərbçiləri Laçında birgə təlim keçirlər”

Tövsiyə xəbərlər