TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan XİN İranın xarici işlər nazirinə cavab verib

“Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu fikirlərin heç bir əsası yoxdur”, –  deyə oktyabrın 4-də Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi İran xarici işlər nazirinin Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirib.

Onun sözlərinə görə, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın hər zaman rəhbər tutduğu fundamental prinsiplərdən biridir.

“Bizim İran ilə sərhədimizin 130 kilometrindən çox hissəsi uzun illər ərzində Ermənistanın işğalı altında olub. Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksiyasını eşitməmişik”, – deyə nazirliyin nümayəndəsi vurğulayıb.