Azərbaycan “yaşıl enerji” üzrə Avropanın təchizatçısına çevrilmək istəyir. Bu barədə 31 mart tarixində energetika naziri Pərviz Şahbazov Almaniyanın dövlət katibi Jörg Kukies ilə görüşdə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindədir. “Qara dəniz sualtı elektrik xətti kimi yeni ötürücü xətlərlə biz istehsal ediləcək “yaşıl enerji”ni Avropaya ixrac edə bilərik. Eyni zamanda, hidrogen qarışığının ixracı da nəzərdən keçirilir ki, bunların hər ikisi real imkanlardır,” – deyə nazir bildirib.