Azərbaycan yanğınsöndürənlərinin sonuncu qrupu Türkiyədən qayıdıb

Türkiyəyə meşə yanğınlarının söndürülməsi üçün göndərilən yanğın-xilasetmə qüvvələrinin sonuncu qrupu avqustun 19-da səhər saatlarında Azərbaycana qayıdıb. Bu barədə FHN bildirib.

Daha öncə, avqustun 16-da iki qrup yanğın-xilasetmə qüvvələri Azərbaycana dönüb.

Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsinə FHN-nin 743 əməkdaşı, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə avtomobili, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter cəlb edilmişdir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycan yanğınsöndürənlərinin sonuncu qrupu Türkiyədən qayıdıb”

Tövsiyə xəbərlər