“Bizə üç bölgənin mina xəritələri verilib. Həmin xəritələrdə 200 minə yaxın piyada və tank əleyhinə minaların olduğu bildirilib. Həmin xəritələrin keyfiyyəti çox aşağıdır, təxminən 25%-i faydalı hesab oluna bilər. Bu amillər aparılan abadlıq-quruluq işlərinə təsir edir. Amma bununla belə nəhəng işlər aparılır”, – deyə Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində bildirib. Bu haqda sentyabrın 27-də APA məlumat yayıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.