Cari ildə respublika üzrə ümumi 1 milyon hektardan artıq sahədə şumlanma həyata keçirilib. Bu barədə 30 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Yüksək məhsuldarlığın əldə edilməsi məqsədilə fermerlər tələbata uyğun texnika ilə təmin edilib. Cari ildə ümumilikdə 800-ə yaxın texnika payızlıq əkinlərin həyata keçirilməsi prosesinə cəlb edilib.