Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyasına başlanılır

Azərbaycanda Bakı Sağlamlıq Mərkəzində 16-18 yaşlı yeniyetmələrin istisna hallarda vaksinasiyasına başlanılıb. İstisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur. Bu barədə 7 sentyabr tarixində Səhiyyə Nazirliyi məlumat yayıb.

Yeniyetmələrə koronavirus əleyhinə Pfizer peyvəndinin vurulması üçün valideynlərdən biri səbəbini göstərməklə yazılı müraciət etməlidir. Həmçinin vaksinasiya üçün hər iki valideynin yazılı razılığı olmalıdır.

Vaksinasiya olunmaq istəyən şəxs https://randevu.its.gov.az/ saytından elektron növbə götürməlidir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyasına başlanılır”

Tövsiyə xəbərlər