2021-ci il 15 dekabr-2022-ci il 19 yanvar tarixlərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında 16044 sayda iribuynuzlu heyvana pasport verilib. Bu barədə 20 yanvar tarixində Report məlumat verib.
Heyvanların keçirdikləri xəstəliklər, onlara tətbiq edilən preparatlar, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəricilər barədə məlumatlar Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilir.
İdentikləşdirilən heyvanlardan 3972-si Bakı şəhəri, 10473-ü Abşeron rayonu və 1599-u isə Sumqayıt şəhərinin payına düşür.