TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

2021-ci ildə Azərbaycanda yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bu barədə 10 yanvar tarixində Baş Prokurorluq tərəfindən keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.

Tədbirdə, həmçinin qeyd olunub ki, ötən il korrupsiya hüquqpozmasına yol verən 492 şəxs barəsində 301 cinayət işi məhkəmələrə göndərilib.