Azərbaycanda 70 min əlilliyi olan şəxs əmək müqaviləsi ilə işləyir

Hal-hazırda Azərbaycanda əmək müqavilələri bazasında əlilliyi olan şəxslərin əmək müqavilələrinin sayı 70 mindir. Bu barədə 17 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Sosial Sahibkarlıq forumunda çıxış edərkən bildirib.

Nazirin sözlərinə görə, bu ümumi əmək müqavilələrinin 4,1%-i qədərdir: “Qanunvericilikdə biz minimal norma olaraq 5% müəyyən etmişik. Deməli hətta minimal normanın altındayıq. Düzdür, son üç ildə kəskin artımımız olub, başlanğıcda bu 2% idi. Deməli 2 dəfədən çox artıb”.

“Müxtəlif peşə və kvalifikasiyaya malik əlilliyi olan şəxslərimizin sayı artmalıdır. Peşə kvalifikasiyası olan insanı isə hər bir işəgötürən birinci növbədə öz müəssisəsində, təşkilatında görmək istəyir. Bunun üçün həm sahibkarlar dəstək verməlidir, eyni zamanda bu şəxslərin peşə hazırlığı, müxtəlif sosial peşə reabilitasiya tədbirləri, dövlətin müxtəlif güzəştli alətləri və digər dəstək alətləri çoxaldılmalıdır”, – deyə nazir bildirib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanda 70 min əlilliyi olan şəxs əmək müqaviləsi ilə işləyir”

Tövsiyə xəbərlər