əlillik dərəcəsi

Azərbaycanda artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq

Avqustun 17-də prezident “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək. I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasını itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Əvvəlki anlayışla müqayisədə orqanizmin funksiyasının 31-60 faiz itirilməsi III qrup, 61-80 faiz itirilməsi II qrup, 81-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanda artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq”

Tövsiyə xəbərlər