Azərbaycanda 2021-ci ilin ilk 8 ayı ərzində əhali toxuculuq məhsullarına, geyim və ayaqqabılara 3,6 milyard manatdan çox xərcləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,5% artıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 10 sentyabr tarixindəki hesabatında əks olunub.
Bu ilin iyul ayı ilə müqayisədə avqustda istehlakçıların geyim məhsullarına çəkdikləri xərclər 37% artaraq 532 milyon manat təşkil edib.
Cari ilin yanvar-avqust aylarında sözügedən mallara xərclənən vəsait ümumi pərakəndə ticarət dövriyyəsinin 14%-i təşkil edib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.