TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda Dünyagöz xəstəxanası vətəndaşlara pulsuz xidmət göstərəcək

Bakıda fəaliyyət göstərən “Dünyagöz” xəstəxanası icbari tibbi sığorta çərçivəsində bəzi tibbi xidmətlər üzrə vətəndaşlara pulsuz xidmət göstərəcək. Bu barədə 15 mart tarixində Report məlumat verib.

Məlumata əsasən, xəstəxana xidmətlər zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayıb.

Qeyd edək ki, vətəndaşlar TƏBİB dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanırlar. Lakin vətəndaş göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.