Yaxın gələcəkdə dərmanlar elektron reseptlə təyin ediləcək. Bu barədə TƏBİB-in nümayəndəsi Elmin Quliyev oktyabrın 29-da məlumat verib.
“Dərman vasitələrinin qiymətləndirilməsində, qeydiyyat prosesində və təchizatında rəqəmsallaşdırma prosesləri gedir. Yaxın gələcəkdə rəqəmsallaşdırma prosesi başa çatdıqda dərman izləmə sistemi ölkəmizdə tətbiq olunacaq. Bundan sonra isə dərmanlar artıq kağız yox, elektron reseptlərlə təyin ediləcək”, – deyə nümayəndə bildirib.