Azərbaycanda evlilik yaşı artıb

Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxilolma yaşı artıb. Bu haqda Bakupost.az sentyabrın 30-da məlumat yayıb.

Ötən il nikaha daxil olan qadınların orta yaşı 25,2 kişilərin orta yaşı isə 30 olub. Bu göstərici son 30 ilin rekord göstəricisi olub.

Bundan əvvəl nikaha daxil olanların orta yaşının ən yüksək həddi 2019-cu ildə qadınlarda 24,7 yaş, kişilərdə isə 29,4 yaş qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk yarısında 23 231 nikah və 8168 boşanma halı qeydə alınıb.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanda evlilik yaşı artıb”

Tövsiyə xəbərlər