Bakı Dövlət Universitetində ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrası yaradılır. Bu haqda martın 11-də Azərtac məlumat yayıb.
Biotibbi materiallar kafedrasının yaradılmasında məqsəd tələbə və gənc alimləri tədqiqi və tətbiqi ilə bağlı araşdırmalara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir.
Biotibbi materiallar kafedrasının yaradılması təkcə Azərbaycanda deyil, əməkdaşlıq çərçivəsində islam dünyası ölkələrində də müvafiq elmi istiqamətin inkişafına əlavə təkan verəcək.