TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə kriptovalyuta fənni tədris ediləcək

Ölkədə ilk dəfə kriptovalyuta ilə bağlı fənn Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədris olunacaq. Bu barədə məlumat oktyabrın 6-da universitetin rəsmi saytında paylaşılıb.

“Kriptovalyutalar və kiber risklər” adlı fənn MBA (Master of Bussines of Administration) proqramı çərçivəsində keçiriləcək.

Tələbələr elektron pullar, smart müqavilələr, informasiya təhlükəsizliyi və rəqəmsal aktivlərin beynəlxalq hüquqi tənzimlənməsi bərədə biliklər əldə edəcəklər”, – deyə məlumatda qeyd edilib.

Tədris üzrə, həmçinin praktiki təlimlər nəzərdə tutulub. Tələbələrə real vaxt rejimində birjalarda alqı-satqı əməliyyatlarının aparılması, risklərin idarə edilməsi və digər qaydalar izah ediləcək.