Hər bir Azərbaycan vətandaşı 18 yaşına çatdıqda və rəsmi gəliri olduqda ipoteka kreditindən yararlana bilər. Dövlət xətti ilə verilən ipoteka kreditinin iki növü var: adi və güzəştli. Hər iki növ üzrə son ödəniş tarixinə qoyulan yaş həddi 65 yaşdır.
İpoteka kreditinin şərtləri aşağdakı cədvəldə qeyd edilib:
İpoteka krediti əldə etmək istəyən şəxs ilkin ödəniş etməlidir. 2013-cü ildən sonra inşasına başlanılmış çoxmənzilli binalardan mənzil alarkən illik ödəniş faizi adi ipoteka kreditləri üzrə minimum 15%, güzəştli ipoteka kreditləri üzrə isə 10%-dir. Fərdi yaşayış evləri, bağ evləri və 1970-ci ildən 2013-cü ilədək inşa edilmiş çoxmənzilli binalardan mənzil alarkən ilkin ödəniş faizi 30% təşkil edir.
İlk növbədə ipoteka əldə etmək üçün vətandaş asan və ya elektron imza almalıdır. Həmin şəxs imza vasitəsi ilə www.e-gov.az saytında elektron kabinet yaratdıqdan sonra müvəkkil bankların birinə elektron müraciət göndərməlidir. Bank tərəfindən kreditin ayrılmasına razılıq verildikdən sonra vətandaşa mənzil axtarmaq üçün 45 gün vaxt verilir. İpoteka alan şəxs ilkin ödəniş məbləğini bankda açdığı hesaba yatırmalıdır. Daha sonra vətəndaş bankın nümayəndəsi ilə birlikdə notariusda alqı-satqı və ipoteka müqaviləsi bağlamalıdır. Ən son mərhələdə vətəndaş əmlakını və həyatını sığortalamalıdır.
Vətəndaşa ayrılan ipoteka məbləğini İpoteka və Kredit Zəmanət Fondunun saytındakı kalkulyator vasitəsi ilə hesablamaq mümkündür.
Dövlət ipotekasından yararlana bilməyən şəxslər üçün tikinti şirkətləri alternativ yol təklif edir. İnsanoid paytaxtın fərqli ünvanlarında yerləşən 5 yaşayış kompleksinin ipoteka şərtlərini müqayisə edib. Aşağıda qeyd olunan bütün binaların tikintisi başa çatıb.
Teras Park Sabunçu r-nu, Bakıxanov qəs., Sakit Qocayev küç., 35 ünvanında yerləşir. Bu yaşayış kompleksindən mənzil əldə etmək üçün gəlir yeri rəsmidirsə, 20%, rəsmi deyilsə, 40% ilkin ödəniş tələb olunur. 1 kvadratmetrin qiyməti isə mərtəbədən asılı olaraq dəyişir. İllik faiz dərəcəsi ipoteka müddətinə görə dəyişir.
Nizami metrosunun ətrafında, Cəfər Cabbarlı küç. 37-də yerləşən Deluxe Palace kompleksinin mənzillərinə yalnız nağd ödəniş etməklə sahib olmaq mümkündür.
Melissa Park-a məxsus mənzillər 20 Yanvar metrosunun yaxınlığında yerləşir. Burada 1 kvadratmetrin qiyməti təmirsiz mənzillər üçün 1550 manat, təmirli mənzillər üçün isə 1800 manat təşkil edir.
Ağ şəhərdə yerləşən (Süleyman Vəzirov küç., 1/3) Toca Residence yaşayış kompleksindəki mənzilləri 50% ilkin ödəniş etməklə almaq olar. Məbləğin qalan hissəsi isə 12 aya bölünur.
Elit Park (Bakı şəhəri, Binəqədi r-nu, Dərnəgül qəs., 3095 -ci məhəllə) yaşayış kompleksində 1 kvadratmetrin qiyməti nağd alış zamanı 1300, kreditlə isə 1400 manatdan hesablanlr. Müştərilərə 2 illik müddətli faizsiz daxili kredit təklif olunur. Bu halda ilkin ödəniş məbləği 50% təşkil edir. Həmçinin mənzilə sahib olmaq istəyən şəxslər məbləğin 20-40%-ni ilkin ödəniş edərək 20 il müddətinə daxili ipoteka əldə edə bilərlər.