Azərbaycanda əkin sahələrinin 98%-i biçilib

2021-ci ilin avqust ayının 17-nə olan məlumata əsasən, Azərbaycanda dənli və dənli paxlalı bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş sahələrin 98%-i biçilib və məhsulları yığılıb. Bu barədə 20 avqust tarixində Dövlət Statistika Komitəsi məlumat verib.

Biçilməsi nəzərdə tutulmuş 982,6 min hektar sahələrdən 3057,1 min ton məhsul toplanıb. Məhsulun 61,7%-i buğda, 37,5%-i arpa, 0,8-%-ni isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir.

Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44 sentner), Sabirabad (41,9) və Tərtər (40,9) rayonlarında olmuşdur. Şəki (194,8 min ton), Cəlilabad (184,6 min ton) və Kürdəmir (136,3 min ton) rayonlarında digər rayonlara nisbətən daha çox məhsul istehsal olunub.

2020-ci ildə Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 955,4 min hektar əkin sahəsindən 2935,2 min ton məhsul yığılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanda əkin sahələrinin 98%-i biçilib”

Tövsiyə xəbərlər