Azərbaycanda İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək

27-29 oktyabr tarixlərində Azərbaycanda İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək. Bu barədə 30 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi səhifəsində məlumat yayılıb.

Tədbir İslam Əməkdaşlıq Təşkilatına üzv (OIC) ölkələrdən bir çox dövlət rəsmilərinin və özəl sektor təmsilçilərinin iştirakı ilə keçiriləcək. Sammit çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı nəzərdə tutulub. Tədbir zamanı keçiriləcək sərgidə OIC-ə üzv ölkələrin nümayəndələri 50-yə yaxın startap təqdim edəcək.

Sərgidə iştirak etmək istəyən startapçılar oktyabrın 5-dək müraciət edə bilərlər.

Təşkilat komitəsi tərəfindən layihəsi seçilən startapçılarla əlaqə saxlanılacaqdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanda İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək”

Tövsiyə xəbərlər