Azərbaycanda plastik tullantılardan yol çəkiləcək

Plastik tullantılardan yol çəkən Şotlandiyanın “MacRebur” şirkəti Azərbaycanla əməkdaşlığa başlayıb. Şirkət sentyabrın 29-da Azərbaycanla 1 milyon funt sterlinq dəyərində yeni müqavilə imzalayıb.

Müqaviləyə əsasən ölkə daxilində 1 690 km uzunluğunda plastik yolun çəkilməsi planlaşdırılır. Bunun üçün təkrar emal olunmayan 500 tondan çox plastik tullantı istifadə ediləcək.

Çəkilən hər kilometr yola 740 541 ədəd birdəfəlik plastik istifadə olunur. Təkrar emal olunmayan plastik tullantıları emal edərək yol tikintisi və üzlük üçün asfalt qatına əlavə edilir.

“MacRebur” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Tobiy MakKartni razılaşmadan məmnunluğunu bildirib: “Azərbaycanda və digər ölkələrdə plastik tullantılardan istifadə edilərək yolların çəkilməsi ilə bağlı işimizə rəsmən başlamaqdan çox məmnunuq. “GlobalData”nın hesabatına görə, Azərbaycanda tikinti sənayesi 2021-ci il ərzində təxminən 10% artacaq”.

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da müqaviləni yüksək qiymətləndirib. Səfir qeyd edib ki, “MacRebur” Azərbaycanın yol infrastrukturunun daha da gücləndirilməsinə kömək edəcək. O, Britaniyanın digər şirkətlərini də Azərbaycanla əməkdaşlığa çağırıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanda plastik tullantılardan yol çəkiləcək”

Tövsiyə xəbərlər