Azərbaycanda bu il qış tətili dövründə tələbələrin köçürülməsi keçirilməyəcək. Bu haqda yanvarın 21-də Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, 2021-2022-ci tədris ili iki həftə gec başladığı üçün sənədləşmə işləri əlavə vaxt tələb edir. Bu səbəbdən qış tətili dövründə ölkədə, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən bir ixtisasdan və ya təhsilalma formasından digərinə tələbələrin köçürülməsi həyata keçirilməyəcək. Bu proses transfer.edu.az portalı vasitəsilə yay tətili müddətində baş tutacaq.
Qeyd edək ki, cari tədris ilinin qış tətili dövründə tələbələrin bərpası və akademik məzuniyyətdən qayıtması məsələlərinə ənənəvi qaydada baxılacaq.