2021-ci ildə Azərbaycanda qeyri-neft məhsullarının ixracı 2,7 milyard dollardan çox olub. Bu da 2020-ci ilə nisbətən 47,2% çoxdur. Bu barədə 14 fevral tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Məlumata əsasən, kənd təsərrüfatı məhsullarının ixracı 19,4%, pambıq lifinin ixracı 58,3%, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 2,7 dəfə, alüminiumun ixracı 66,2%, elektrik enerjisinin ixracı isə 16% artıb.
Nazirin sözlərinə görə, ötənilki artım ən yüksək tarixi göstəricidir.
Ölkəmizdə rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi #qeyrineft ixracına müsbət təsir edir. 2021-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 47,2% artıb və bu, ən yüksək tarixi göstəricidir.#EconomyAz pic.twitter.com/2HXujlDTjV
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 14, 2022