Azərbaycanda 2021-ci ilin yanvar-avqust aylarında qeyri-neft sektorunun ixracı 1,58 milyard dollardan çox olub. Bu barədə 6 sentyabr tarixində İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində paylaşım edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 37,1% artıb. Nazirin sözlərinə görə, cari ilin sonunadək qeyri-neft sektorunun ixracının 2 milyard dolları ötəcəyi gözlənilir.
Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 mlrd. ABŞ dollarını ötəcəyi proqnozlaşdırılir.#İqtisadiyyat #EconomyAz pic.twitter.com/9fFie4U5Cy
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 6, 2021
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.