TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda rəqəmsal manatın yaradılması müzakirə olunur

Rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Bu barədə Report İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıya istinadən məlumat verib.

Bakıda keçirilən 5-ci Beynəlxalq Bankçılıq Forumunda icraçı direktor bildirib ki, pulla bağlı 3 inqilabi dəyişiklik olub. Onun sözlərinə görə, sonuncu dəyişiklik blokçeyn texnologiyaları əsasında kriptovalyutaların dövriyyəyə buraxılması olub.

Forum dekabrın 9-dək davam edəcək. Azərbaycandakı bütün bankların icraçı direktorları daxil olmaqla 40 məruzəçi və 600 iştirakçı foruma qatılıb.