TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda çörəyin qiyməti 15-20 qəpik artıb

Azərbaycanda mağazalarda satılan “zavod” çörəyinin qiyməti 15-20 qəpik artıb.

Mağazalardan aldığımız məlumata əsasən, çörəyin alış qiymətləri 40-45 qəpikdən müvafiq olaraq 55-60 qəpiyə qalxıb. Mağazalarda isə çörək 60-70 qəpiyə satılır. Eyni zamanda ən çox satılan “Karmen” unun 1 kiloqramının satış qiyməti 70 qəpikdən 90 qəpiyə qalxıb.

Qeyd edək ki, bahalaşmanın əsas səbəbi kimi Rusiyadan idxal olunan buğdanın qiymətinin iki il ərzində 60%-dək artmasıdır. Dünya üzrə tələbatın artırılması səbəbilə istehsalçı ölkələr ixrac rüsumlarını artırır və bu da qiymət artımına səbəb olur.