Azərbaycanda şərabçılıq turizmi inkişaf etdiriləcək

Şərabçılıq turizminin inkişafını dəstəkləmək üçün “Azerbaijan Wine” adlı sayt yaradılıb. Bunu sentyabrın 24-də Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Turizm məhsulu şöbəsinin müdiri deyib.

O, qeyd edib ki, agentlik COVID-19 pandemiyasından əvvəl keçirilmiş şərab festivalını bərpa etmək niyyətindədir: “Ümid edirəm ki, gələn il yenidən şərab festivalı baş tutacaq”.

İşğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndinin ərazisi şərab zonası olacaq. Vaxtilə Tuğda şərabçılıq müəssisəsi olub və o, bərpa olunacaq.

Azərbaycanın Şimal, Qərb və Şimal-Qərb turizm marşrutları üzrə 25 şərab zavodu mövcuddur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanda şərabçılıq turizmi inkişaf etdiriləcək”

Tövsiyə xəbərlər