TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda süni qiymət artımının qarşısının alınması ilə bağlı nə kimi tədbirlər görülür?

Ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri ilə bağlı müvafiq strukturlarla birlikdə fəaliyyətimiz əlaqəli şəkildə qurulub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə məlumat verib.

Nazirin sözlərinə görə, bu fəaliyyət üç istiqamətdən ibarətdir: “Birincisi, gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər məhsullar üzrə gündəlik anbar qalıqları sahibkarlıq subyektləri və dövlət agentləri ilə birlikdə monitorinq edilir”.

İkinci istiqamət kimi nazir qanunvericiliyin tənzimlənməsini qeyd edib: ”Bununla bağlı bir sıra qərarlar qəbul edilib. Başqa sözlə, Azərbaycanda istehsal olunmayan və bizim idxaldan asılılığımız yüksək olan məhsulların ölkədən ixracı xüsusi nəzarət rejimi ilə həyata keçirilir”.

Üçüncü istiqamət kimi isə sahibkarlıq subyektləri ilə fəaliyyət göstərilib: “Burada da dövlət tərəfindən aidiyyəti təşviq mexanizmləri tətbiq edilir. Baş nazirin 5 aprel tarixli müvafiq tapşırığına uyğun olaraq, 115 milyon manat vəsait sahibkarlıq subyektlərinə yumşaq təşviq kreditləri kimi ayrılıb. Strateji ərzaq məhsullarının daimi ehtiyatlarını təmin etmək məqsədilə sahibkarlar tərəfindən həmin ehtiyatların mal qalıqlarının artırılması tələb olunur”.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan cari ilin ilk rübündə daxili bazarı tam təmin etməklə yanaşı, müxtəlif ölkələrə 60 min ton meyvə, 37 min ton tərəvəz, 12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz emalı məhsulları ixrac edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx