Azərbaycanda saxta pul hazırlayan şəxs saxlanılıb

Avqustun 11-də Ağcabədi rayon sakini 2 min 200 manat saxta pul hazırladığına görə saxlanılıb.

İmişli rayonunda avqustun 10-da bir nəfər polisə naməlum şəxsin ona 200 manat saxta pul verdiyini bildirib. Zərərçəkmişin sözlərinə görə, hadisə avqustun 3-də Otuziki kəndində yerləşən bazarda baş verib.

Şübhəli bilinən şəxsdən 18 ədəd 100 manatlıq və iki ədəd 200 manatlıq saxta əsginaslar aşkar olunub.

Faktla bağlı “saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma” maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx