Azərbaycanda oktyabrın 30-da COVID-19 əleyhinə 49 799 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 962 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 617 755-dir.