Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir

Azərbaycanda turizm sahəsində bir sıra yeniliklər gözlənilir. Bu barədə sentyabrın 13-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Turizm haqqında” yeni qanun layihəsində turizmin inkişafı ilə bağlı bir sıra məsələlər öz əksini tapıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin edəndən sonra ölkəmizin turizm əhəmiyyəti və eyni zamanda, ona olan maraq artıb.

Layihədə turistik məkanların yaradılması, turistik sahədə kadrların hazırlanması, turistləri evlərində saxlayacaq kənd adamlarının kurslara cəlb olunması və onlara turizm vərdilşərinin öyrədilməsi məsələləri nəzərdə tutulub.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ilin ilk iki ayında Azərbaycana 72,1 min turist gəlib. Bu əvvəlki il ilə müqayisədə 5,9 dəfə azalma deməkdir. Ölkəmizə gələnlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə səfər həyata keçirib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir”

Tövsiyə xəbərlər