Azərbaycanda “Lotereyalar haqqında” qanuna “Virtual lotereya” və “Virtual mühit” anlayışları daxil edilir. Bu barədə dekabrın 16-da Report məlumat verib.
Məlumata əsasən, virtual lotereya kompüter alqoritmləri vasitəsi ilə simulyasiya edilən lotereya formasıdır.
“Virtual mühit” anlayışına isə lotereya təşkilatçısının oyun üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri, habelə internet və mobil rabitə şəbəkələri, sosial media platformaları və digər texnologiyalar daxildir.