Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmisi Eldar Orucov xarici diplomların tanınması haqda sentyabrın 17-də açıqlama verib.
“Xarici diplomların tanınması qaydalarına dəyişiklərlə bağlı layihə hökumətə təqdim edilib. Bu layihədə qismən tanınma anlayışı olacaq”, – deyə agentliyin əməkdaşı bildirib.
Onun sözlərinə görə, xaricdə təhsil alanlara qismən tanınma şəhadətnaməsi veriləcək:
“Məsələn, tələbə Rusiyada təhsil alıb. Onun təhsil aldığı fakültədə norma 240 kreditdir, bizdə isə 340 kredit. Yeni dəyişiklikdən sonra tələbə kreditini Azərbaycan standartlarına uyğunlaşdıra biləcək. Bundan sonra o əmək bazarına çıxa biləcək və sertifikat alacaq”.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.