Prezident İlham Əliyev Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əhalinin su tələbatının ödənilməsi üçün 1,96 milyon manat ayırıb.
Bu barədə dövlət başçısı avqustun 10-da sərəncam imzalayıb. Sənədə əsasən, sözügedən rayonlarda 28 subartezian quyusu qazılacaq.
Azərbaycanda hal-hazırda 517 ədəd ağıllı subartezian sistemləri mövcuddur. Bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi bildirib. Onun sözlərinə görə, qurumun nəzarətində işlək vəziyyətdə olan 8200-dən artıq subartezian quyusu var.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.