TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanlı deputatların İrəvana səfəri başa çatıb

Avronest Parlament Assambleyası iclasında iştirak edən Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun İrəvana səfəri başa çatıb. Bu barədə Tahir Mirkişili öz Facebook səhifəsində məlumat verib.

Deputat səfərin çətin olduğunu bildirib. Deputat onu da qeyd edib ki, Ermənistan cəmiyyəti üçün yeni reallıqları qəbul etmək çətindir. Amma onlar bu mərhələni aşmaq, Azərbaycanla sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq, müharibənin bir də olmamasını istəyirlər.

Digər tərəfdən, aqressiv olan millətçilərdən ibarət bir kəsim də var ki, onlar azərbaycanlılarla ünsiyyət qurmağı belə qəbul etmirlər.