Vətən müharibəsində azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə 24 erməni beynəlxalq axtarışa verilib. Bu barədə baş prokuror Kamran Əliyev oktyabrın 1-də məlumat verib.
Baş prokurorun sözlərinə əsasən, ermənilərin törətdiyi cinayətlərlə bağlı ümumilikdə 76 cinayət işi başlanılıb. Onların 39-u mülki əhaliyə qarşı törədilib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.